...

Azərbaycanda satılmış ərzaq və qeyri-ərzaq mallarının həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2012 15:57 (UTC +04:00)
2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 14 milyard manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılıb.
Azərbaycanda satılmış ərzaq və qeyri-ərzaq mallarının həcmi artıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 14 milyard manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, satılmış ərzaq məhsullarının həcmi 1,9 faiz artaraq 7,8 milyard manata, qeyri-ərzaq mallarının həcmi 20,5 faiz artaraq 6,2 milyard manata bərabər olub.

2011-ci ilin on ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi azalaraq 55,8 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,2 faiz təşkil edib.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,1 manatlıq qeyri-ərzaq malları alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti