...

Azərbaycanda əmanətlərin sığortalanması üzrə diferensial sistemə keçid başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2012 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) faizlərin diferensial sisteminə keçid üçün ölkənin Mərkəzi Bankından bankların reytinqinin alınmasına başlayıb. Trend-in məlumatına görə, bunu fondun icraçı direktoru Azad Cavadov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, BVF-in Yaxın Şərq və Mərkəzi Asiya üzrə direktorunun müşaviri Raca Almarzoqi ilə görüşdə bildirib.

Diferensial sistem zamanı hər bankın sığorta ödənişinin ölçüsü onun maliyyə sabitliyinin səviyyəsindən asılı olacaq. Yəni hansısa bir bankda pul yerləşdirilməsi riski nə qədər yuxarı olarsa, müvafiq olaraq, ona ödənilən sığorta haqqının məbləği də çox olacaq.

"Bu gün "Əmanətlərin sığortalanması" haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsi, onun beynəlxalq standartlara və prinsiplərə uyğunlaşdırılması proseduru davam edir", - Cavadov bildirib.

Cavadov, habelə 2012-ci ildə "Royal Bank" ASC-nin bağlanması ilə əlaqədar yaranan sığorta hadisəsinin təfərrüatları barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti