...

İlin əvvəlindən Azərbaycanda 12 mindən çox gömrük pozuntusu faktı qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2012 16:29 (UTC +04:00)
2012-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cinayət xarakterli 226 fakt qeydə alınıb.
İlin əvvəlindən Azərbaycanda 12 mindən çox gömrük pozuntusu faktı qeydə alınıb

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir A.Axundov/

2012-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cinayət xarakterli 226 fakt qeydə alınıb.

Komitədən Trend-ə verilən məlumata görə, 167 fakt qaçaqmalçılıqla, 68 fakt isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır.

Hesabat dövrü ərzində 61,3 kq narkotik vasitə, 9,33 kq psixotrop maddə dövriyyədən çıxarılıb. Gömrük rüsumundan yayınma ilə bağlı 4 fakt aşkar olunub.

Bu faktlarla bağlı yanvar-oktyabr aylarında şübhəli şəxs qismində 260 nəfər saxlanılıb.

Bu dövrdə 12 273 inzibati hüquq pozuntusu aşkar edilib ki, bunun da 104-ü qanunsuz daşıma, 234-ü isə əşyaların, malların, yaxud pul vəsaitinin bəyan edilmədən keçirilməsinə cəhdlə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti