...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2012 11:11 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78484 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

12 noyabr

0,7850

19 noyabr

0,7848

13 noyabr

0,7850

20 noyabr

0,7848

14 noyabr

0,7848

21 noaybr

0,7848

15 noyabr

0,7848

22 noyabr

0,7849

16 noyabr

0,7848

23 noyabr

0,7849

Həftə ərzində orta

0,78488

Həftə ərzində orta

0,78484

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0001 bənd ucuzlaşıb. Orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78392 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): noyabrın 19-da 0,7839 AZN/USD məzənnə ilə $1,521 mln.; noyabrın 20-də 0,7839 AZN/USD məzənnə ilə $3 mln.; noyabrın 21-də 0,7839 AZN/USD məzənnə ilə $0,52 mln.; noyabrın 22-də sövdələşmələr aparılmayıb, buna görə də məzənnə 0,7839 səviyyəsində qalıb; noyabrın 23-də 0,7840 AZN/USD məzənnə ilə $6,052 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

12 noyabr

0,7841

19 noyabr

0,7839

13 noyabr

0,7841

20 noyabr

0,7839

14 noyabr

0,7841

21 noyabr

0,7839

15 noyabr

0,7841

22 noyabr

0,7839

16 noyabr

0,7839

23 noyabr

0,7840

Həftə ərzində orta

0,78406

Həftə ərzində orta

0,78392

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti