...

Azərbaycanda sement istehsalının qanunauyğunluğu yoxlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2012 18:32 (UTC +04:00)
Araşdırmalar davam edir.
Azərbaycanda sement istehsalının qanunauyğunluğu yoxlanılır

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Azərbaycanda sement istehsalının qanunauyğunluğu yoxlanılır.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində "Qaradağ-H" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Qaradağ-H" adlı M-300 markalı sementin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə "Qaradağ-H" adlı M-400 markalı sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi müəyyən edilib.

Bundan başqa, müəssisədə istehsal olunan sementin qablaşdırıldığı kisələrin üzərində netto və brutto çəkilərinin göstərilmədiyi, habelə heç bir normativ texniki sənədə əsaslanmadan istifadə qaydası və qatışığın hazırlanması barədə məlumatlar verildiyi aşkarlanıb.

Bununla əlaqədar, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən "Qaradağ-H" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti