...

Ziya Məmmədov: Bakı-Tbilisi-Qars magistralı gələcəkdə beynəlxalq əhəmiyyət qazanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2012 20:41 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə arasında nəqliyyat dəhlizi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu magistralının yaradılması gələcəkdə beynəlxalq əhəmiyyət qazanacaq.
Ziya Məmmədov: Bakı-Tbilisi-Qars magistralı gələcəkdə beynəlxalq əhəmiyyət qazanacaq

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E. İsmayılov/

Azərbaycan, Gürcüstan və Türkiyə arasında nəqliyyat dəhlizi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu magistralının yaradılması gələcəkdə beynəlxalq əhəmiyyət qazanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nəqliyyat naziri Ziya Məmmədov Bakıda Azərbaycan-Gürcüstan münasibətlərinin 20 illiyinə həsr edilmiş mərasimdə deyib.

Onun sözlərinə görə, iki ölkəni Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənubi Qafqaz" qaz kəməri, eləcə də hazırda həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi vacib infrastruktur layihələri birləşdirir.

Məmmədov iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin yüksək səviyyəsini və əlaqələrin gələcəkdə inkişafı üçün böyük imkanların olduğunu qeyd edib.

Nazirin sözlərinə görə, 11 ayın yekununa əsasən, iki ölkə arasında əmtəə dövriyyəsi 450 milyon dollara çatıb və gələcəkdə bu rəqəm daha da artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti