...

Azərbaycan Milli Depozit Mərkəzinin hesablaşma hesabının nömrəsi dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2013 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Milli Depozit Mərkəzi öz müştərilərinə mərkəzin hesablaşma hesabının nömrəsinin dəyişdirilərək AZ95IBAZ38060019449319509204 olması barədə xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı MDM-in məlumatında deyilir.

Məlumatda deyilir ki, bu dəyişiklik IBAN-ın (standard bank hesab nömrəsi) tətbiqi ilə əlaqədardır. Yeni nömrədən bu il yanvarın 7-dən istifadə olunmağa başlayıb. MDM-in digər bank rekzivitləri dəyişilməz qalıb:
"Azərbaycan Beynəlxalq Bankı" ASC
H/H AZ95IBAZ38060019449319509204
VÖEN 9900001881
Kod: 805722
M/h: AZ03NABZ01350100000000002944
S.W.I.F.T.: IBAZAZ2X
Azərbaycan Mərkəzi Bankının (AMB) qırarı ilə 2012-ci ilin sentyabrından qəbul etdiyi qərar uyğun olaraq istənilən banklararası hesablamalarda bank daxili və müştəri hesablarına IBAN hesablarının strukturu tətbiq edilir.
IBAN Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (ISO) tərəfindən müəyyən edilmiş ISO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan bank hesab nömrəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti