...

"Bank of Baku" "Box’ça" məhsulunun tətbiqini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2013 14:10 (UTC +04:00)
Ötən ilin sonunda ilk dəfə dövriyyəyə buraxılan vaxtdan bəri artıq 2000 ədəddən çox "Box'ça" istehlakçılar tərəfindən əldə edilib.
"Bank of Baku" "Box’ça" məhsulunun tətbiqini genişləndirir

Azərbaycan, Bakı, 16 yanvar/Trend/

Ötən ilin sonunda ilk dəfə dövriyyəyə buraxılan vaxtdan bəri artıq 2000 ədəddən çox "Box'ça" istehlakçılar tərəfindən əldə edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Bank of Baku" ASC-nin yaydığı məlumatda deyilir.

"Box'ça"ların satışına "Səbət" marketin bir neçə mağazasında başlansa da, artıq bütün "Səbət" marketlərdə, bu yaxınlarda isə şəhərimizin bir sıra digər ticarət subyektlərində müştərilər "Bank of Baku"nun "Box'ça" məhsulunu əldə edə bilər.

Xatırladaq ki, yaşı 20-dən az olmayan hər bir Azərbaycan vətəndaşı "Səbət" marketlərində 20 manat məbləğində alış-veriş edib müvafiq qəbzlə və yaxud cəmi 1 manat ödəməklə "Box'ça" adlı xüsusi qutu ala bilər. "Box'ça" layihəsi əsasında əldə edilən xüsusi qutularda Bolkart hissə-hissə ödəniş kartı və ya pul krediti kartları, kartların aktivləşdirilmə şərtləri və aktivləşdirmək üçün ünvanlar yerləşdirilib.

"Box'ça" qutusunu təqdim edən şəxs nağd pul kreditinə - 2%-lik endirim əldə edir.

Ödəniş etməklə "Box'ça"nı əldə etmiş şəxslər kartları aktivləşdirmək üçün onlara təqdim edilmiş siyahıda göstərilən bankın filiallarına, digər kredit təhlil məntəqələrinə, o cümlədən "Səbət" marketlərdəki bankın xüsusi kredit ekspertlərinə müraciət etməlidirlər. Kartların aktivləşdirilməsi üçün tələb olunan sənəd yalnız şəxsiyyət vəsiqəsidir.

Xatırladaq ki, "Box'ça" layihəsi çərçivəsində verilən Bolkart ilə "Səbət" marketlərində, eyni zamanda şəhərimizin tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran və digər ticarət obyektlərində alış-veriş etmək mümkündür. Bu kartla alış-veriş edib, haqqını 1, 3, 6 və ya 12 ay müddətinə bərabər hissələrlə banka ödəmək mümkündür. Artıq 50 000-ə yaxın vətəndaş gündəlik ehtiyaclarını ödəmək üçün Bolkartdan istifadə edir.

"Box'ça" layihəsi əsasında əldə olunan pul krediti kartı 6 ay müddətinə sərfəli faiz dərəcələri ilə rəsmiləşdirilən 500 manatlıq kredit məbləğidir. Kredit məbləği kartda ayrılır və müştəri növbəti gündən etibarən vəsaiti nağdlaşdıra bilər. Bankın təkrar müştəriləri və rəsmi iş yeri olan şəxslər daha iri məbləğdə pul kredit kartı əldə edə bilər.

"Box'ça"dakı kartları Bakı, Sumqayıt və Abşerondakı 40-dan çox məntəqədə və "Bank of Baku" filiallarında aktivləşdirmək mümkündür.

"Bank of Baku"nun yeni məhsulu ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti