Azərbaycan, Bakı, 8 fevral /Trend/
2013-cü ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 1481,7 milyon manat məbləğində və ya 2012-ci ilin yanvar ayı ilə müqayisədə 9,1 faiz çox istehlak malları satılıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, satılmış ərzaq məhsullarının həcmi 0,9 faiz artaraq 848,2 milyon manata, qeyri-ərzaq mallarının həcmi 22,5 faiz artaraq 633,5 milyon manata bərabər olub.
2012-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 5,0 faiz bəndi azalaraq 57,2 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 42,8 faiz təşkil edib.
Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla 91,8 manatlıq ərzaq, 68,5 manatlıq qeyri-ərzaq malları alıb.