...

İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2013 13:06 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib.
İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib

Azərbaycan, Bakı, 12 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nəsimi, Nərimanov rayonlarında, Yevlax və Tovuz şəhərlərində, eləcə də Xaçmaz rayonunda aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 230 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti