...

"Albalı" kartları ilə Iphone və Ipad-in istənilən modelini almaq mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2013 16:35 (UTC +04:00)
"Unibank" çox-çox sərfəli bu kartın sahiblərini müxtəlif kampaniyalarla sevindirməkdə davam edir. Belə kampaniyalardan birinə CaspianMobile-la birgə başlanıldı. Bu kampaniya çərçivəsində bütün "Albalı" kart sahibləri World Telecom, NLT və TEE-COM mağazalar şəbəkəsindən Iphone və Ipad-ləri çox sərfəli şərtlərlə ala biləcəklər. Unikal kampaniya çərçivəsində "Albalı" kart sahibləri bu telefon və planşetlərin istənilən modelini alıb dəyərini il ərzində hissə-hissə ödəyə bilərlər. Aylıq ödəniş cəmi 46 AZN təşkil edir.
"Albalı" kartları ilə Iphone və Ipad-in istənilən modelini almaq mümkündür

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Unibank-ın "Albalı" kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib.

"Unibank" çox-çox sərfəli bu kartın sahiblərini müxtəlif kampaniyalarla sevindirməkdə davam edir. Belə kampaniyalardan birinə CaspianMobile-la birgə başlanıldı. Bu kampaniya çərçivəsində bütün "Albalı" kart sahibləri World Telecom, NLT və TEE-COM mağazalar şəbəkəsindən Iphone və Ipad-ləri çox sərfəli şərtlərlə ala biləcəklər. Unikal kampaniya çərçivəsində "Albalı" kart sahibləri bu telefon və planşetlərin istənilən modelini alıb dəyərini il ərzində hissə-hissə ödəyə bilərlər. Aylıq ödəniş cəmi 46 AZN təşkil edir.

Ailə büdcəsi üçün çox sərfəli "Albalı" kart sahibinə Unibank-ın partnyoru olan 500-dən artıq alqı-satqı və xidmət şəbəkələrində sərfəli alış-veriş etmək imkanı verir. "Albalı" kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, siz Unibank-ın partnyor-mağazasından120 manatlıq alış-veriş edirsiniz. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, siz hər ay cəmi 10 manat ödəyirsiniz. Ödənişi Unibank-ın istənilən filialındakı Cash-in terminallarının köməyi ilə aparmaq mümkündür.

Müştərilər "Albalı" kartı Unibank-ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən "Albalı" kartı bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir.

"Albalı" kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.
"Albalı" kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibank-ın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti