...

Bakıda Azərbaycan-Yunanıstan işgüzar görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2013 15:58 (UTC +04:00)
Yunanıstan xarici işlər nazirinin müavini Dimitris Kurkulasın səfəri çərçivəsində Bakıda Azərbaycan və Yunanıstan şirkətlərinin iştirakı ilə işgüzar görüş keçiriləcək.
Bakıda Azərbaycan-Yunanıstan işgüzar görüşü keçiriləcək

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.İsmayılov/

Yunanıstan xarici işlər nazirinin müavini Dimitris Kurkulasın səfəri çərçivəsində Bakıda Azərbaycan və Yunanıstan şirkətlərinin iştirakı ilə işgüzar görüş keçiriləcək. Bu barədə Trend bazar ertəsi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Məlumata görə, 40 Yunanıstam şirkəti ilə görüş martın 7-də saat 11:00-də başlayacaq.

AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək görüşlərdə Yunanıstanın qida sənayesi, turizm, səhiyyə, əczaçılıq, tikinti və dizayn, aviasiya, İKT, neft və qazın satışı, alüminium, kabel, metallokonstruksiyalar, paltar, xəz, kallogen istehsalı, metal emalı, korroziyadan müdafiə, işıqlandırma sistemləri, suvarma və istilik sistemlər üçün klapan və fittinqlərin istehsalı, elektrik mühəndisliyi və konsaltinq xidmətləri və digər sektorları təmsil edən şirkətlər iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti