...

Türkiyə ilk yerli snayper tüfəngini yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2013 10:46 (UTC +04:00)
Türkiyə ilk yerli "Bora 12" snayper tüfənginin istehsalına başlayıb.
Türkiyə ilk yerli snayper tüfəngini yaradıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Tağıyeva/

Türkiyə ilk yerli "Bora 12" snayper tüfənginin istehsalına başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sabah" qəzeti baş verib. Tüfəngin konstruksiyası və istehsalı üzrə işlər türkiyəli mütəxəssislər tərəfindən beş il ərzində aparılıb. Tüfəngin kalibri 7,62 millimetr təşkil edir. Bu tüfəngdən dəqiq hədəfi min metr məsafədən vurmaq mümkündür.

Qəzet xəbər verir ki, Türkiyə istehsalı olan snayper tüfəngi Avropa bazarlarına da ixrac olunacaq.

Snayper tüfənginin yaardılması Türkiyə ordusunun yerli silah, avadanlıqlarla təchiz olunmasına yönəldilmiş dövlət proqramının bir hissəsidir. Hazırda Türkiyə bu sahədə 50 faiz özünütəchizat səviyyəsinə nail ola bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti