...

Azərbaycan və Macarıstan arasında aqrar məsələlər üzrə alt komitənin iclasının protokolu imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2013 17:35 (UTC +04:00)
Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyası çərçivəsində yaradılmış aqrar məsələlər üzrə alt komitənin iclasının protokolu imzalanıb.
Azərbaycan və Macarıstan arasında aqrar məsələlər üzrə alt komitənin iclasının protokolu imzalanıb

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyası çərçivəsində yaradılmış aqrar məsələlər üzrə alt komitənin iclasının protokolu imzalanıb.

Sənədi Azərbaycan tərəfdən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Macarıstan tərəfdən isə bu ölkənin kənd təsərrüfatının inkişafı üzrə dövlət katibi Gyula Budai imzalayıblar.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, tikinti, qida sənayesi, İKT, ətraf mühitin bərpası və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

İşgüzar şəxslərin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü işgüzar görüşün ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasında, mövcud əlaqələrin genişlənməsində faydalı olacağını bildirib.

Sonra kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev çıxış edərək kənd təsərrüfatının müxtəlif sahələrində (damazlıq heyvandarlıq, quşçuluq, kənd təsərrüfatı məhsullarının emalı və s.) Macarıstanla əməkdaşlıq uçun geniş potensialın olduğunu diqqətə çatdırıb.

Macarıstanın kənd təsərrüfatının inkişafı üzrə dövlət katibi Gyula Budai çıxışında ölkəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, işgüzar görüşün bu istiqamətdə əhəmiyyətini vurğulayıb.

Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə təqdimatla çıxış edib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq macar iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə Azərbaycanın investisiya imkanları barədə geniş məlumat verilib, macarıstanlı iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti