...

Azərbaycan iqtisadiyyatı yanvar-fevral aylarında 3,2 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2013 20:01 (UTC +04:00)
Bu ilin yanvar-fevral aylarında Azərbaycan ÜDM-i ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 8,344 milyard manat təşkil edib. Bu barədə cümə günü Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azərbaycan iqtisadiyyatı yanvar-fevral aylarında 3,2 faiz artıb

Azərbaycan, Bakı, 15 mart /Trend/

Bu ilin yanvar-fevral aylarında Azərbaycan ÜDM-i ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 8,344 milyard manat təşkil edib. Bu barədə cümə günü Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Adambaşına düşən ÜDM-in həcmi orta hesabla 902,6 manat (1150,1 ABŞ dolları) təşkil edib.

Qeyri-neft sektorunda əlavə dəyərin istehsalı il ərzində 10,5 faiz artaraq 4,08 milyard manat (ÜDM-in 48,9 faizi) təşkil edib, neft-qaz sektorunda isə 2,6 faiz azalıb.

İqtisadiyyatın bütün sahələrində məhsul istehsalının ümumi həcmi 2012-ci ilin yanvar-fevral aylarına nisbətən 0,4 faiz azalaraq 5,71 milyard manat və ya ÜDM-in 54,6 faizini təşkil edib. Bununla belə, ölkədə sənaye istehsalı 1,3 faiz artaraq 5,348 milyard manat, o cümlədən qeyri-neft sənayesi 3,9 faiz artaraq 1,078 milyard manat təşkil edib. Neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz azalıb.

Yanvar-fevral aylarında kənd təsərrüfatı, balıqçılıq və meşəçilik sahələrində 360,8 milyon manat həcmində əlavə dəyər hasil edilib ki, bu da ÜDM-in 2,4 faizini, tikinti sektorunda ÜDM-in 7,1 faizini, ticarət və əhaliyə pullu xidmətlərin göstərilməsi sahəsində 7,6 faizini, nəqliyyat sahəsində 31,8 milyon manat (6 faiz), rabitə və informasiya texnologiyaları sektorunda 235,9 milyon manat (1,8 faiz), digər sahələrdə isə ÜDM-in 13,4 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti