...

Qəbələdə növbəti Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2013 14:38 (UTC +04:00)
Növbəti Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu mayın 21-də Qəbələ şəhərində keçiriləcək.
Qəbələdə növbəti Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ. Xəlilova/

Növbəti Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu mayın 21-də Qəbələ şəhərində keçiriləcək. İqtisadi İnkişaf Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, 3-cü dəfədir ki, təşkil ediləcək Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes forum bundan əvvəl Tbilisi və Qars şəhərlərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti