...

Azərbaycanda əhalinin fasiləsiz su ilə təminatı məqsədilə proqram hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2013 13:36 (UTC +04:00)
“Azərsu”ASC (Azərbaycan milli su operatoru) daha əvvəl hazırlanan Böyük Bakınını 2035-ci ilədək su və kanalizasiya sisteminin yenidənqurulması üçün hazırlanan master-planın icrası üçün proqram hazırlayır.
Azərbaycanda əhalinin fasiləsiz su ilə təminatı məqsədilə proqram hazırlanır

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A.Abbasov/

"Azərsu" ASC (Azərbaycanın milli su operatoru) daha əvvəl hazırlanan Böyük Bakının 2035-ci ilədək su və kanalizasiya sisteminin yenidənqurulması üzrə master-planın icrası üçün proqram hazırlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-nin rəhbəri Qorxmaz Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

"Master planın prioritet istiqamətlərindən biri əhatə edilən ərazinin bütün əhalisini fasiləsiz şəkildə su ilə təmin etməkdir. Bizdə bunun üçün kifayət qədər su var, lakin bizim ona çıxışımız məhduddur. Master planda nəzərdə tutulan suyun həcmi nəinki hazırda olan binaların, hətta gələcəkdə tikilməsi planlaşdırılan binaların təminatı da nəzərə alınıb", - Hüseynov bildirib.

Onun sözlərinə görə, bu yay Abşeron yarımadasının sakinlərinin su təchizatı ilə bağlı heç bir problemləri olmayacaq.

Hüseynov bildirib ki, "Azərsu" ASC Ceyranbatandan Pirallahıya qədər uzunluğu 180 km olan yeni magistral xəttin çəkilməsinə başlayıb.

"Nəticədə daha əvvəl su şəbəkəsi olmayan 74-dən çox qəsəbə su ilə təmin olunacaq. Artıq Qala qəsəbəsinə qədər olan ərazidə yekunlaşdırma işləri gedir", - Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti