...

Azərbaycanda istehlak mallarının qiymətləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 18:16 (UTC +04:00)
2013-cü ilin mart ayında ərzaq məhsullarının qiymətlərinin 1,3 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,6 faiz bahalaşmasına səbəb olub.
Azərbaycanda istehlak mallarının qiymətləri bahalaşıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

2013-cü ilin mart ayında ərzaq məhsullarının qiymətlərinin 1,3 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,6 faiz bahalaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində düyünün, qarabaşaq yarmasının, mal ətinin, toyuq və toyuq budunun, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, göyərtinin qiymətlərində ucuzlaşma, makaron və kolbasa məmulatlarının, təzə balığın, südün, xamanın, qatığın, günəbaxan və qarğıdalı yağlarının, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qoz və fındığın, şabalıdın, kələmin, xiyar və pomidorun, bibərin, çuğundurun, kökün, sarımsağın, soğanın qiymətlərində isə bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti