...

İxrac bülleteninin aprel sayı buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 17:55 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən iş adamlarının məlumatlandırılması məqsədilə hazırlanan İxrac bülleteninin növbəti sayı buraxılıb.
İxrac bülleteninin aprel sayı buraxılıb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən iş adamlarının məlumatlandırılması məqsədilə hazırlanan İxrac bülleteninin növbəti sayı buraxılıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bülletenin aprel sayında AZPROMO-nun iş adamlarına göstərdiyi ixrac xidmətlərinə, İsveçrə Konfederasiyasına, qablaşdırma və etiketlənməyə, Avropa İttifaqına ixraca, sərgilər və digər tədbirlərə dair məlumatlar verilib.

İxrac bülleteni nazirliyin www.economy.gov.az, AZPROMO-nun www.azpromo.az internet səhifələrində yerləşdirilib.

İxrac bülleteninin yerli şirkətlərə, beynəlxalq təşkilatlara və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunması nəzərdə tutulur. Bundan başqa, bülleten AZPROMO tərəfindən bu il ölkəmizdə təşkil ediləcək tədbirlərdə iş adamlarına paylanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti