...

"Holcim (Azərbaycan)"dan ətraf mühitin mühafizəsinə töhfə

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2013 11:08 (UTC +04:00)
Aprel ayından etibarən "Holcim (Azərbaycan)" şirkətinin işçiləri zavod ərazisində və şəhər ofisində istifadə olunmuş tullantı kağızları toplayaraq yerli şirkətə xammal olaraq təqdim etməyə başlamışdır.
"Holcim (Azərbaycan)"dan ətraf mühitin mühafizəsinə töhfə

Azərbaycan, Bakı, 2 may /Trend/

Aprel ayından etibarən "Holcim (Azərbaycan)" şirkətinin işçiləri zavod ərazisində və şəhər ofisində istifadə olunmuş tullantı kağızları toplayaraq yerli şirkətə xammal olaraq təqdim etməyə başlamışdır.

Dünya təcrübəsi göstərir ki, hər insan il ərzində 50 kq kağız istifadə edir. Kağızların yenidən emalı prosesi ətraf mühitə olan mənfi təsiri kifayət qədər azaltmağa və təbii ehtiyatlardan daha səmərəli istifadə etməyə imkan yaradır.

Qeyd etmək lazımdır ki, kağız istehsalı prosesi şüşə və polad istehsalı ilə müqayisədə daha çox enerji sərf edir. Bu da 1 ton kağızın təkrar emalı zamanı 15-dən artıq böyük ağacın və yaxud 3 tona yaxın ağacın qorunmasına, həmçinin 25 ton su, 238 litr yağ və 4100 kilovat-saat (15 GJ) elektrikə qənaət deməkdir.

Təbii ehtiyatlardan səmərəli və davamlı inkişafa uyğun istifadəsi yönündə, Qaradağ rayonunun ekologiyasına dəstək olmaq Holcim-in dəyərlərinin tərkib hissəsidir. "Holcim (Azərbaycan)" şirkəti ölkədə ətraf mühitin qorunmasına öz töhfəsini verən qabaqcıl şirkətdir.

Dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən "Holcim" şirkətində 80.000-dən çox əməkdaş çalışır. "Holcim" dünyanın aparıcı sement, doldurucu (qırmadaş, çınqıl və qum), həmçinin hazır beton və asfalt təchizatçısıdır. 1999-cu ildən "Holcim" iqtisadi artım, ekoloji tarazlıq və sosial inkişaf məsələləri üzrə ixtisaslaşan Davamlı İnkişaf üçün Dünya Biznes İttifaqının (DİDBİ) üzvüdür. 2000-ci ildə sement sənayesində davamlı inkişafla bağlı maneələrin aradan qaldırılmasına yardım etmək məqsədilə Holcim "Sement sənayesi üzrə Davamlılıq Təşəbbüsünü" irəli sürmüşdür.

Holcim - sement istehsalında 100 ildən artıq dünya təcrübəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti