Azərbaycan, Bakı, 4 may /Trend/
Azərbaycan makroiqtisadi sabitliyin və dayanaqlılığın yüksək səviyyəsinə görə ölkələrin iyirmiliyinə daxildir. Trend-in məlumatına görə, bu barədə şənbə günü AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov Biləsuvar şəhərində keçirilən "Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığı məsələləri" seminarında çıxışı zamanı bildirib.
Seminar ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilir.
Rüstəmovun sözlərinə görə, iqtisadiyyatın şaxələnirilməsi fonunda qeyri-neft sektoru əsas amildir və o, ikirəqəmli artım templəri göstərir.