Azərbaycan, Bakı, 8 may /Trend/
"Muğanbank" ASC-nin ümumi məbləği 3 000 000 AZN təşkil edən, hər birinin nominal dəyəri 200 AZN olan, AZ1001005466 qeydiyyat nömrəli, 15000 ədəd adi sənədsiz adlı səhmlərinin emissiyası başa çatıb.
Bankdan Trend-ə verilən məlumata görə, yerləşdirmədən sonra "Muğanbank" ASC-nin nizamnamə kapitalı 38 305,80 min AZN-dən 41 305,80 min AZN-ə çatıb.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın World Business Capital (WBC) investisiya fondu kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.