Azərbaycan, Bakı, 10 may /Trend/
Aprel ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,3 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,1 faiz ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən kartofun istehsalçı qiymətləri 0,1 faiz, kələmin 1,3 faiz, xiyarın 0,1 faiz, pomidorun istehsalçı qiymətləri 0,6 faiz bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1,1 faiz, arpanın 0,3 faiz, göyərtilərin 7,4 faiz, baş sarımsağın 0,2 faiz, baş soğanın 0,1 faiz, qırmızı turpun 2,2 faiz, quru otun 4,3 faiz, yoncanın istehsalçı qiymətləri isə 1,4 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 4,0 faiz, qozun istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşıb, almanın istehsalçı qiymətləri 4,3 faiz, limonun istehsalçı qiymətləri isə 8,9 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,5 faiz, inəyin 1,0 faiz, camışın 0,3 faiz, mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,2 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,8 faiz, quş ətinin (diri çəkidə) 1,6 faiz, südün 7,9 faiz, yumurtanın istehsalçı qiymətləri isə 6,4 faiz ucuzlaşıb.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,1 faiz bahalaşma müşahidə olunub.