Azərbaycan, Bakı, 13 may /Trend/
"AtaBank" ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" kampaniyası çərçivəsində bankın "Nərimanov", "Şirvan", "Gəncə", "Monolit" filiallarından və "Çinar" şöbəsindən müxtəlif məbləğdə pul mükafatları qazanmış Mustafayev Elşən Dilavər oğlu, Əmirov Samir Yusif oğlu, Nadirov Fuad Əlican oğlu, Əliyev Oktay İbrahim oğlu, Atai Kanan Adil oğlu və Usub Elçin Arif oğlu qalib olublar.
Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, qaliblər "AtaBank" ASC-nin POS-terminalları vasitəsilə alış-veriş etmiş və 20 (iyirmi) manatlıq çeki banka təqdim edərək uduşlu kuponlar əldə etmişdilər. Kampaniyada yalnız "AtaBank" ASC-nin müştəriləri yox, bütün plastk kart sahibləri iştirak edə bilərlər. Məhz bu səbəbdən də hər birinizə alış-veriş üçün "AtaBank" ASC-nin POS-terminallarından istifadə etməyi məsləhət görürük.
Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduş var. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.
Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com saytına, www.facebook.com/atabank və https://twitter.com/AtaBank səhifəsinə daxil olmaq olar.
"AtaBank" ASC-nın POS-terminal siyahısı: http://atabank.com/?sid=131