...

Azərbaycan hökuməti su təchizatının yaxşılaşdırılması məqsədilə ərazilər alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2013 19:50 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə dövlət ehtiyacları üçün ərazilər əldə etməyi tapşırıb.
Azərbaycan hökuməti su təchizatının yaxşılaşdırılması məqsədilə ərazilər alır

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Nazirlər Kabineti "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə dövlət ehtiyacları üçün ərazilər əldə etməyi tapşırıb. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin saytında dərc olunan qərarın mətnində bildirilir.

Nazirlər Kabinetinin 3 may tarixli qərarına görə, Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Yardımlı, Lerik və Cəlilabad rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə tikili və qurğuların inşa ediləcəyi əraziləri dövlət ehtiyacları üçün alan orqan "Meliorasiya və Su Təsərrüfatı" ASC müəyyən edilib.

Qərara görə, Nazirlər Kabineti ASC-yə həmin ərazilərin alınması ilə bağlı hazırlıq tədbirlərinin görülməsini və bu məsələ üzrə təkliflərini hökumətə təqdim etməyi tapşırıb.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti