...

"Xalq Bank" və Visa "Visa ilə həyat daha rahatdır" aksiyasını keçirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2013 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend/

"Xalq Bank" ASC və "Visa International" ödəniş sistemi olan "Visa ilə həyat daha rahatdır!" aksiyasını keçirirlər. Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, 31.07.2013-cü il tarixinədək "Xalq Bank"ın istənilən filiallarında Visa Classic, Visa Gold və ya Visa Platinum kartlarını sifariş verən müştərilər endirim kuponları və müxtəlif hədiyyələr qazanacaqlar.

Aksiyanın şərtlərinə görə, Visa Classic kartını sifariş edən müştərilər aşaqdakı güzəştləri əldə edirlər:

- "Buta Sığorta" tərəfindən avtomobilin KASKO sığortası üçün 20% endirim;

- "Sabina" parfümeriya mağazaları şəbəkəsində 10% güzəşt;

- "World Telecom" mağazaları şəbəkəsində bütün aksessuarlara 10% və Al-Dəyiş proqramında proqramında iştirak üçün 50% endirim;

- "Park Cinema"dan hədiyyə.

Visa Premium (Visa Gold və ya Visa Platinum) kartını sifariş etdikdə endirimlər daha yüksək olacaq:

- "Buta Sığorta" tərəfindən avtomobillin KASKO sığortası üçün 40% güzəşt;

- "Sabina" parfümeriya mağazaları şəbəkəsində 20% endirim;

- "World Telecom" mağazaları şəbəkəsində bütün aksessuarlara 30% və Al-Dəyiş proqramında iştirak üçün 100% endirim;

- "Park Cinema"dan hədiyyə;

- "Sumakh" restoranında bütün menyuya 20% endirim

Endirim kuponlarından yararlanmaq üçün ödənişi Visa kartı ilə həyata keçirməyiniz və kuponu kassaya təqdim etməyiniz kifayətdir.

"Xalq Bank"ın ödəniş kartlarından istifadə gündəlik alış-verişi təhlükəsiz həyata keçirmək, xərclərə nəzarət etmək və dünyanın müxtəlif ölkələrində Visa sisteminin təklif etdiyi endirim kampaniyalarından və xüsusi təkliflərdən yararlanmaq imkanı verir.

Bankın kart məhsulları haqqında daha geniş məlumatı "Xalq Bank"ın www.xalqbank.az saytından əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti