...

Yevlaxda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2013 17:47 (UTC +04:00)
Mayın 30-da Yevlax rayonunun Aşağı Qarxun kəndində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Yevlax rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilmişdir.
Yevlaxda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 30 may /Trend/

Mayın 30-da Yevlax rayonunun Aşağı Qarxun kəndində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Yevlax rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.

Treninq iştirakçılarına risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, o cümlədən ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilmiş, "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" və "Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları" mövzularında təqdimatlar keçirilmişdir.

Bununla yanaşı, tədbirdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, onlardan istifadə qaydaları, bu saytların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə də məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti