...

Azərbaycan 2012-ci ildə dövlət büdcəsinin xərclərinin icrasının yüksək səviyyəsini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2013 13:41 (UTC +04:00)
Azərbaycanın 2012-ci ildə dövlət büdcəsinin xarakterik cəhəti onun məxaric hissəsinin yüksək göstəricisidir.
Azərbaycan 2012-ci ildə dövlət büdcəsinin xərclərinin icrasının yüksək səviyyəsini təmin edib

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir A. Axundov/

Azərbaycanın 2012-ci ildə dövlət büdcəsinin xarakterik cəhəti onun məxaric hissəsinin yüksək göstəricisidir. Trend-in məlumatına görə, bu barədə 2012-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

2012-ci ildə dövlət büdcənin məxaric hissəsi 98,6 faiz proqnozla həyata keçirilib və 17,417 milyard manat təşkil edib ki, bu da 2011-cu ilin göstəricisini 2,097 milyard manat və ya 13,1 faiz üstələyir.

Səmədzadə bildirib ki, ilk dəfə Azərbaycanda xərclər 98 faizdən artıq olub ki, bu da ölkədə maliyyə inzibatçılılığının effektivliyini göstərir.

Onun sözlərinə görə, Azərbaycanda son illər büdcənin gəlir hissəsinin formalaşdırılması ilə bağlı problemlər yaranmır: "Bu xərclərin tam və vaxtında həyata keçirilməsi imkanını yaradıb. Bu, həmçinin ölkənin xarici borclarını vaxtında ödəməyə imkan verir və bu göstəriciyə görə, Azərbaycan nəinki MDB-nin, hətta dünyanın lider ölkələri sırasındadır".

2012-ci ildə büdcənin gəlir hissəsi 17,282 milyard manat təşkil edib ki, bu da 2011-cu ilin göstəricisini 1,581 milyard manat və ya 10,1 faiz üstələyir. Dövlət büdcəsinin gəlir hissəsi 101,4 faiz yerinə yetirilib.

Səmədzadənin sözlərinə görə, Azərbaycanın dövlət büdcəsinin defisit səviyyəsi dünyada olan ən aşağı göstəricilərdən biridir.

2012-ci ildə dövlət büdcəsində defisitin 638 milyon manat olacağının proqnozlaşdırılmasına baxmayaraq, ötən ilin yekunlarına görə, o, 135 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti