Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir H.Veliyev/
Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 10 milyon dollar təşkil edir və ölkələr arasında əldə olunan iqtisadi əməkdaşlığın səviyyəsi ticarət əlaqələrindən kooperasiya əlaqələrinə keçməyə imkan verdi.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə açıqlamasında Belarus XİN-in rəhbəri Vladimir Makey bildirib: "Bu gün Azərbaycan MDB məkanında Belarusun aparıcı ticari-qtisadi tərəfdaşları siyahısına daxildir. Azərbaycan rəhbərliyi ilə əməkdaşlığın yeni istiqamətləri və layihələri haqqında danışıqlar aparılıb".
Makeyin sözlərinə görə, Belarus Prezidentinin Azərbaycana səfəri zamanı imzalanması mümkün olan sənədlərin müzakirəsi də aparılıb: "Söhbət ölkələr arasında əməkdaşlığı daha yüksək səviyyəyə çıxarmağa imkan verəcək yeni sazişlərin imzalanmasından gedir".