...

Moldova Azərbaycanla birbaşa hava əlaqəsinin açılmasını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2013 12:43 (UTC +04:00)
Moldova Bakı və Kişinyov arasında birbaşa hava əlaqəsinin açılmasını təklif edir.
Moldova Azərbaycanla birbaşa hava əlaqəsinin açılmasını təklif edir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A. Axundov/

Moldova Bakı və Kişinyov arasında birbaşa hava əlaqəsinin açılmasını təklif edir.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Moldova Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti Vasili Tarlev Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV qurultayında deyib:

"Moldova sahibkarlığın inkişafına, həmçinin qonşu ölkələrlə işgüzar əlaqələrin genişləndirilməsinə böyük diqqət ayırır. Birbaşa hava əlaqəsinin yaradılması hər iki ölkənin sahibkarlarının maraqlarına cavab verəcək".

Tarlev bu təkliflə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti