...

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2013 16:32 (UTC +04:00)
2013-cü il iyun ayının 11-də 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Şimal qəsəbəsindəki "Nabran" kiçik müəssisəsinə məxsus "Mayak" istirahət mərkəzində əmlakın siyahıya alınması tədbirləri keçiriib. Bu barədə Trend Vergilər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir E.Əliyev/

2013-cü il iyun ayının 11-də 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Şimal qəsəbəsindəki "Nabran" kiçik müəssisəsinə məxsus "Mayak" istirahət mərkəzində əmlakın siyahıya alınması tədbirləri keçiriib. Bu barədə Trend Vergilər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Müəssisənin fəaliyyəti araşdırılarkən, onun 7 min 917 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə ona bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, cari ilin may ayının 27-dəyaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və istirahət mərkəzindəki 9 min manatlıq məişət texnikası və avadanlığı müəyyən edilmiş qaydada siyahıya alınıb.

Həmin gün vergi əməkdaşları Xaçmaz rayonunda yerləşən digər istirahət mərkəzində - Nabran qəsəbəsində yerləşən "Asiman" MMC-yə məxsus "Qreenville" istirahət mərkəzində də əmlakın siyahıya alınması tədbirləri keçiriblər. Müəssisənin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 5 min 78 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bununla bağlıona bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib.

Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, cari ilin may ayının 23-də yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və istirahət mərkəzindəki 6 min manatlıq əmlak müəyyən edilmiş qaydada siyahıya alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti