...

Əmək Nazirliyində İtaliya təşkilatının üzvləri ilə görüş keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2013 15:03 (UTC +04:00)
İyunun 27-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İtaliyanın «Giovani nel Mondo» təşkilatının üzvləri ilə görüş keçirilib. Bu barədə cümə axşamı Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məılumatda deyilir.
Əmək Nazirliyində İtaliya təşkilatının üzvləri ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

İyunun 27-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İtaliyanın "Giovani nel Mondo" təşkilatının üzvləri ilə görüş keçirilib. Bu barədə cümə axşamı Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məılumatda deyilir.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan əsaslı sosial-iqtisadi islahatlar və onların müsbət nəticələri, gəncliyin inkişafı, o cümlədən gənclərin səmərəli məşğulluğunun təminatı sahəsində icra olunan uğurlu dövlət proqramları barədə "Giovani nel Mondo" təşkilatının üzvlərinə məlumat verib.

Qeyd olunub ki, təkcə son üç ildə nazirliyin Dövlət Məşğulluq Xidmətinin xətti ilə keçirilən aktiv məşğuluq tədbirlərində 36 min nəfərdən çox gənc münasib işlə təmin edilib, 9 min nəfərə yaxın gənc əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Ali təhsil müəssisələrində keçirilən aktiv məşğulluq tədbirlərində son iki ildə 2500 nəfərdən çox tələbə və məzunun işlə təminatına nail olunub.

Həmçinin sosial tərəfdaşlar və beynəlxalq qurumlarla, müxtəlif ölkələrin müvafiq nazirlikləri ilə əməkdaşlıq müstəvisində görülən işlərdən söz açan nazir müavini Azərbaycanla İtaliya arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində əməkdaşlığın getdikcə gücləndiyini vurğulayıb.

Natiq Məmmədov bildirib ki, İtaliyanın nüfuzlu "Giovani nel Mondo" qeyri-hökumət gənclər təşkilatı ilə əməkdaşlıq münasibətlərinin qurulmasına və onların vasitəsilə ölkəmiz haqqında İtaliya ictimaiyyətinin məlumatlandırılması işinə xüsusi diqqət yetirilir. "Giovani nel Mondo" təşkilatının rəhbəri Daniello Konte ölkəmizin davamlı inkişaf dinamikasını maraqla izlədiklərini qeyd edərək, Azərbaycanla əməkdaşlığın inkişafında İtaliya gənclərinin maraqlı olduqlarını deyib, ölkəsində gənclərlə bağlı həyata keçirilən dövlət siyasəti barədə məlumat verib.

Görüşdə ölkəmizdə gənclərin məşğulluğunun təminatı sahəsində aparılan aktiv proqramlara dair təqdimatlar qonaqlar tərəfindən maraqla qarşılanıb və əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib. Qeyd edək ki, İtaliyanın ən böyük gənclər təşkilatlarından biri olan "Giovani nel Mondo" təşkilatı cari il martın 27-30-da Romada keçirilmiş ASAİF 2013 Forumunda Azərbaycanın "İRƏLİ" Gənclər Təşkilatı ilə Əməkdaşlıq Memarandumu imzalanıb. "Giovani nel Mondo" təşkilatının üzvlərinin bir sıra hökumət və qeyri-hökumət qurumlarında, ali təhsil müəssisələrində görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti