...

Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin operator-şirkətinə yeni direktor təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2013 14:09 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun Gürcüstan hissəsinin operator-şirkəti olan “Marabda-Karçaxi dəmir yolu” MMC-nin Baş direktoru vəzifəsinə Oleq Biçiaşvili təyin edilib.
Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin operator-şirkətinə yeni direktor təyin edilib

Gürcüstan, Tbilisi, 21 avqust /Trend, müxbir N.Kirtsxaliya/

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun Gürcüstan hissəsinin operator-şirkəti olan "Marabda-Karçaxi dəmir yolu" MMC-nin Baş direktoru vəzifəsinə Oleq Biçiaşvili təyin edilib. Bu barədə Trend-ə MMC-dən bildirilib.

Şirkətdən verilən məlumata görə, daha əvvəl "Gürcüstan Dəmir Yolları" SC-nin rəhbəri vəzifəsini tutan Oleq Biçinaşvili yeni vəzifədə MMC-nin sabiq Baş direktoru İrakli Çulayanı əvəz edib.

Şirkətdən Çulayanın MMC-nin rəhbəri vəzifəsindən azad olunmasının səbəblərini açıqlamayıblar. Son zamanlar Gürcüstan Prezidenti Mixail Saakaşvili tez-tez dəmiryolunun Gürcüstan hissəsinin tikintisində gecikmələrin olduğunu bildirirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti