...

Samir Şərifov: Azərbaycanın qiymətli kağızlar bazarı son 15 il ərzində əhəmiyyətli institusional inkişaf yolu keçib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2013 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.Əliyev/

Son 15 ildə Azərbaycanın qiymətli kağızlar bazarı əhəmiyyətli institusional inkişaf yolu keçib. Trend-in məlumatına görə, bu barədə cümə günü Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaradılmasının 15 illiyinə həsr olunan "Yeni erada kapital bazarının tənzimlənməsi: Tənzimləyicilər və bazar institutlarına yenidən baxış" mövzusunda elmi-praktik konfransın açılışında çıxış edən maliyyə naziri Samir Şərifov bildirib.

Şərifov bildirib: "15 il əvvəl ölkədə qiymətli kağızlar sahəsində peşəkar tənzimləyici strukturun yaradılması Azərbaycanda XX əsrin 1994-1995-ci illərdə bazar iqtisadiyyatı normalarının və əsas iqtisadi islahatların Azərbaycanda tətbiqinin məntiqi davamı oldu. Özəlləşdirilməyə start verildi, ölkədə özəl sahibkarlar sinfi formalaşdı. Bu tədbirlərin nəticəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması oldu".

Onun sözlərinə görə bu dövr ərzində normativ baza, əməliyyat infrastrukturu, ən müasir texnologiyaların tətbiqi kimi vacib institusional elementlər formalaşdırıldı, investorlara geniş alətlər təqdim edildi: "Nəticədə son illər ərzində qiymətli kağızlar bazarında illik orta hesabla iki dəfə artım müşahidə edirik, bu bazarın ölkə ÜDM-nin qeyri-neft sektorundakı payı isə 2 faizdən 30 faizə yüksəlib".

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov çıxışında QKDK 1998-ci ildə yaradılmasından bəri uğurlu yol keçdiyini vurğulayıb: "Qiymətli kağızlar bazarı yalnız iqtisadi inkişafın göstəricisi deyil, həm də onun vacib mənbəyidir. Prezident İlham Əliyev ölkədə qiymətli kağızlar bazarının inkişafına böyük diqqət ayırır. Bu istiqamət üzrə son illərdə vacib qərarlar qəbul edilib. Maliyyə və bank sektorları arasında fəal əlaqələr qurulub. Banklar həm investorlar, həm də benefisiarlar rolunda maliyyə bazarının fəal iştirakçılarıdırlar. Ölkənin bank sektorunun 19 milyardlıq aktivlərindən 1,5 milyardı qiymətli kağızlara investisiya edilib".

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, QKDK-nin yaradılmasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rolunu qiymətləndirməmək olmaz: "Qlobal böhranın başladığı 1998-ci ildə Heydər Əliyevin uzaqgörən siyasəti və QKDK-nın yaradılması milli iqtisadiyyatın inkişafının əsasını qoydu və bu gün komitə ölkənin davamlı iqtisadi inkişafının təmin olunmasında vacib rol oynayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti