...

“Türk Hava Yolları” Bakı, Gəncə və Naxçıvan reyslərinin biletlərinə güzəştlər elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2013 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Tağıyeva/

"Türk Hava Yolları" aviaşirkəti Gəncə, Naxçıvan və Bakı istiqamətlərində olan aviareyslərin biletlərinə güzəştlər élan edib. Bu barədə Trend "Bugün" qəzetinə istinadən bildirib.

Nəşrin məlumatına görə, İstanbul-Gəncə və İstanbul-Naxçıvan və əks istiqamətlərdə olan aviabiletlərin dəyəri 99 avrodur. İstanbuldan Bakıya və əks istiqamətdə aviabiletin dəyəri isə 179 avrodur. Kampaniya 1 noyabr 2013-13 fevral 2014-cü illər tarixində qüvvədə olacaq.

Azərbaycanla yanaşı "Türk Hava Yolları" o cümlədən Kiyev, Odessa, Donetsk, Dnepropetrovsk, Lvov, Simferopol, Buxarest, Sofiya, Belqrad, Zaqreb, Skopye, Lyublyana və Balkan yarımadasının digər şəhərlərinə olan aviabiletlərə güzəştlər elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti