...

Azərbaycanın lizinq şirkətinin səhmlərinin ilk emissiyası qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2013 17:18 (UTC +04:00)
Qiymətlər Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "A. Lizinq" ASC-nin 4 min manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın lizinq şirkətinin səhmlərinin ilk emissiyası qeydiyyata alınıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir A.Axundov/

Qiymətlər Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "A. Lizinq" ASC-nin 4 min manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

QKDK-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 2 manat olan 2 min səhm buraxılacaq.

Məlumata görə, bu, "A. Lizinq" şirkətinin səhmlərinin ilk buraxılışıdır. Müvafiq olaraq, şirkətin nizamnamə kapitalı 4 min manat həcmində formalaşıb.

2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən şirkət "Evsen" şirkətlər qrupuna daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti