...

Morninqstar: ABŞ Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı danışıqların tezliklə yekunlaşacağına inanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2013 17:53 (UTC +04:00)
ABŞ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı danışıqların tezliklə başa çatacağına inanır.
Morninqstar: ABŞ Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı danışıqların tezliklə yekunlaşacağına inanır

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Axundov/

ABŞ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı danışıqların tezliklə başa çatacağına inanır. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Azərbaycanda rəqabət və ticarət" layihəsinin yekunlaşmasına həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

Ümumi dəyəri 22 milyon dollar olan layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib.

R.Morninqstar deyib ki, ABŞ Azərbaycanın ÜTT-yə daxil olması prosesini dəstəkləyir və inanır ki, ikitərəfli danışıqlar ən yaxın vaxtda yekunlaşacaq: "Azərbaycanın bu təşkilatın sıralarına daxil olması ölkə hökuməti üçün prioritet olan qeyri-neft sektorunun inkişafına böyük töhfə verəcək".

Səfir bu layihənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. O, birgə layihələrin maliyyələşdirilməsində iştirak etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib: "Belə layihələr iki ölkə arasında münasibətlərin uğurunun göstəricisidir".

Tədbirdə iştirak edən xarici işlər nazirinin müavini, danışıqlar üzrə işçi qrupunun rəhbəri Mahmud Məmməd-Quliyev bildirib ki, bu layihənin reallaşdırılması Azərbaycanın ÜTT-yə daxil olması prosesində əhəmiyyətli rol oynayıb: "Son illər biz bu prosesdə əhəmiyyətli dərəcədə irəliləmişik ki, burada ABŞ-ın dəstəyi faydalı olub".

O, oktyabrın sonu, noyabrın əvvəlində ÜTT-yə daxil olmaq üzrə danışıqların növbəti raundunun başlamasına qədər tərəflərin belə bir layihənin reallaşdırılmasına dair saziş imzalayacağına ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti