...

MasterCard-la alış-veriş övladınıza unudulmaz anlar bəxş edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2013 11:10 (UTC +04:00)
01-31.10.2013-cü il tarixlərdə "Xalq Bank"ın MasterCard, Maestro və Dizayn Kart plastik kart sahibləri lotereyada iştirak edərək 10 dekabr tarixdə UEFA Çempionlar Liqası çərçivəsində İstanbulda keçiriləcək “Qalatasaray” – “Yuventus” oyununda övladının ulduz futbolçularla sıra düzülüşünə çıxmasını fəxrlə izləyə bilərlər.
MasterCard-la alış-veriş övladınıza unudulmaz anlar bəxş edə bilər

Azərbaycan, Bakı, 4 oktyabr /Trend /

01-31.10.2013-cü il tarixlərdə "Xalq Bank"ın MasterCard, Maestro və Dizayn Kart plastik kart sahibləri lotereyada iştirak edərək 10 dekabr tarixdə UEFA Çempionlar Liqası çərçivəsində İstanbulda keçiriləcək "Qalatasaray" - "Yuventus" oyununda övladının ulduz futbolçularla sıra düzülüşünə çıxmasını fəxrlə izləyə bilərlər.

Qeyd olunan tarixlərdə ticarət məntəqələrində və yaxud internet vasitəsi ilə alış-veriş həyata keçirilərkən bankın MasterCard, Maestro və Dizayn Kart plastik kartları avtomatik olaraq lotereyaya qatılırlar. Məbləğdən asılı olmayaraq plastik kart vasitəsilə həyata keçirilmiş hər bir əməliyyat sahibinə bir uduş şansı verir.

7 noyabr 2013-cü il tarixdə xüsusi proqram vasitəsi ilə, təsadüfi seçim prinsipi ilə lotereya iştirakçıları arasından MasterCard-ın tərəfdaşı olan "McCann Erikson" şirkəti tərəfindən üç qalib müəyyən olunacaq. Lotereyanın qalibləri 8 noyabr 2013-cü il tarixdə MasterCard şirkətinin rəsmi internet səhifəsində elan ediləcək. Lotereyanın şərtləri haqda daha ətrafli məlumatı www.xalqbank.az səhifəsində və ya 138 məlumat mərkəzində ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti