...

Ötən ay ərzaq məhsullarının qiymətləri cüzi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2013 21:54 (UTC +04:00)
Azərbaycanda 2013-cü ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb.
Ötən ay ərzaq məhsullarının qiymətləri cüzi artıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Azərbaycanda 2013-cü ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşıb.

Ay ərzində çörək, qarabaşaq yarması, alma, armud, heyva, nar, üzüm, qoz, fındıq, şabalıd, bibər, kələm, çuğundur, kök, göyərti, soğan, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun əti, toyuq əti, kolbasa məmulatları, düyü, makaron, süd və süd məhsulları, yumurta, kərə yağı, kartof, göy lobya, badımcan, limonun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Sentyabr ayında qeyri-ərzaq mallarından minik avtomobilinin, iri alət və avadanlıqların, inşaat materiallarından parketin, sementin qiymətləri ucuzlaşıb.

Ucuzlaşma ilə yanaşı, ay ərzində geyim və ayaqqabının, xalça və digər döşəmə örtüklərinin, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti