...

"Vergi dostları"na sertifikatlar təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2013 18:04 (UTC +04:00)
Bu gün İsmayıllı şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş ümumtəhsil məktəblərinin müəllimlərinə “vergi dostu” sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
"Vergi dostları"na sertifikatlar təqdim olunub

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Bu gün İsmayıllı şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş ümumtəhsil məktəblərinin müəllimlərinə "vergi dostu" sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə "Vergi dostları" şəbəkəsinin yaradılması barədə məlumat verib.

Qeyd olunub ki, indiyədək respublika üzrə 1071 nəfər müəllimə müvafiq təlim keçilib və "vergi dostu" sertifikatı təqdim olunub. "Vergi dostu" olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.

Sonra təlimi müvəffəqiyyətlə başa vurmuş 80 nəfər "vergi dostu"na üzvlük sertifikatı, "vergi dostu"nun yaddaş kitabçası və kompüterlər təqdim olunub, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalayıblar. Beləliklə, respublika üzrə "vergi dost"larının ümumi sayı 1151 nəfərə çatıb.

Tədbirlərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayənədləri, Vergilər Nazirliyinin vəzifəli şəxsləri və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti