...

Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının tərkibinə dəyişikliklər edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2013 16:46 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının tərkibi 7 nəfərə çatdırılıb. Bank VTB-nin (Rusiya) prezident-sədrinin birinci müavini Vasili Titov Müşahidə Şurasının sədri təyin edilib.
Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının tərkibinə dəyişikliklər edilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Əliyev/

Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının tərkibi 7 nəfərə çatdırılıb. Bank VTB-nin (Rusiya) prezident-sədrinin birinci müavini Vasili Titov Müşahidə Şurasının sədri təyin edilib.

Bankdan Trend-ə verilən məlumata görə, bundan əlavə, Müşahidə Şurasının tərkibinə əlavə olaraq Müseyib Əliyev - Bank VTB-nin (Azərbaycan) ikinci səhmdarı olan "AtaHoldinq" ASC-nin nümayəndəsi də daxil edilib.

Müşahidə Şurasının tərkibinə dəyişiklilır edilməsi haqqında qərar Bank VTB-nin (Azərbaycan) səhmdarlarının yığıncağında qəbul edilib. Bu müvafiq dəyişiklik Azərbaycan Mərkəzi Bankı tərəfindən razılaşdırılıb.

V.Titov Şuranın tərkibində dəyişiklikləribelə şərh edib: "Müşahidə Şurasının gücləndirilməsi Azərbaycanın VTB Qrupu üçün əhəmiyyət kəsb etdiyinə dəlalət edir. Biz törəmə bank qarşısında biznesin iri, orta və kiçik müəssisələrlə, həmçinin pərakəndə müştərilərin sayı hesabına fəal surətdə genişləndirilməsi vəzifəsi qoyuruq. Səhmdarlar tərəfindən Bank VTB-nin (Azərbaycan) kapitalının artırılması da qarşıya qoyulmuş məqsədlərə nail olmağa kömək edəcək.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdar kapitalı Rusiya tərəfi - Bank VTB ASC (51%) və Azərbaycan tərəfi - "AtaHoldinq" ASC (49%) arasında bölüşdürülüb. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün bank 4 filial və 1 şöbə ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti