...

Azərbaycan İpoteka Fondu istiqrazların növbəti yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2013 14:45 (UTC +04:00)
Oktyabrın 28-dən etibarən Bakı Fond Birjasında (BFB) Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat dəyərində sənədsiz, təmin edilmiş, adlı, faizli istiqrazlarının yeddinci emissiyasının ikinci tranşının yerləşdirilməsi başlayır.
Azərbaycan İpoteka Fondu istiqrazların növbəti yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 28 oktyabr/Trend, müxbir A. Axundov/

Oktyabrın 28-dən etibarən Bakı Fond Birjasında (BFB) Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat dəyərində sənədsiz, təmin edilmiş, adlı, faizli istiqrazlarının yeddinci emissiyasının ikinci tranşının yerləşdirilməsi başlayır. Bu barədə bazar ertəsi Trend-ə BFB-dən məlumat veriblər.

Hər bir istiqrazın nominal qiyməti 1 000 manatdır. İllik faiz dərəcəsi 3 faiz olan istiqrazlar 100,1167 % qiymətlə satışa çıxarılacaqlar. İstiqrazların tədavül müddəti 10 ildir.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəklər. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti