...

Gəncədə II Beynəlxalq Şərab Festivalına hazırlıqlar yekunlaşmaq üzrədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2013 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Məlum olduğu kimi, noyabrın 1-2-də Gəncədə II Beynəlxalq Şərab Festivalı keçiriləcək. Festival çərçivəsində şəhərin Cavadxan küçəsində nümayiş olunacaq bədii hissənin artıq son məşqləri gedir.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, eləcə də ictimaiyyət nümayəndələri, ziyalılar məşqlərə baxıblar. E.Vəliyevə bildirilib ki, ssenariyə uyğun olaraq girişdə əvvəlcə Dədə Qorqud qonaqları salamlayacaq. Daha sonra küçə boyu şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivlərinin əl işlərindən ibarət sərgi, qədim məişət əşyaları nümayiş olunacaq.

Burada Gəncəyə aid digər eksponatlar, rəsmlər və heykəllər də təqdim ediləcək. 30-a yaxın ölkənin iştirak edəcəyi festival ötənilkindən fərqlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti