...

Bakı Metropoliteni yeni xətdə sərnişin sıxlığı problemini həll edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2013 14:01 (UTC +04:00)
Pik saatlarında Bakı Metropoliteninin stansiyalarında sərnişin sıxlığı onunla əlaqədardır ki, platformalar cəmi beş vaqonun dayanmasına hesablanıb.
Bakı Metropoliteni yeni xətdə sərnişin sıxlığı problemini həll edəcək

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.İsmayılov/

Pik saatlarında Bakı Metropoliteninin stansiyalarında sərnişin sıxlığı onunla əlaqədardır ki, platformalar cəmi beş vaqonun dayanmasına hesablanıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Onun sözlərinə görə, metropolitenin qatarlar arasında hərəkətin minimum intervalını 2 dəqiqə etmək imkanı var və buna da riayət edilir: "Sıxlıq yalnız stansiyada 5 vaqonun yerləşməsi imkanı ilə bağlıdır".

T.Əhmədov qeyd edib ki, tikilən "bənövşəyi" xətdə stansiyalar 7 vaqonu qəbul edə biləcək: "Lakin ilkin olaraq xətlə beş vaqondan ibarət heyət hərəkət edəcək və sərnişin axının artması halında yeni xətdə qatara əlavə 2 vaqon qoşula biləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti