Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank Avrasiya" Açıq Səhmdar Cəmiyyətinin ümumi məbləği 22 milyon manat olan emissiya prospektini dövlət qeydiyyatına alıb. Trend xəbər verir ki, bu barədə QKDK-nın saytında məlumat verilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1000 manat olan 20000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.
Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 20 milyondan 22 milyona qədər artacaq.
Hazırda bu səviyyə Azərbaycan Mərkəzi Bankının ümumi kapitalın minimum məbləğinin 50 milyon manata çatdırılmasına dair yeni tələbinə uyğun gəlmir.
"Bank Avrasiya" Azərbaycanda 2007-ci ilin noyabrından fəaliyyət göstərir.