...

"Albalı"dan həftəsonu sürprizləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2013 16:26 (UTC +04:00)
"Unibank" Yeni il öncəsi bütün "Albalı" kart sahibləri üçün xüsusi "Albalılı həftəsonları" kampaniyasına başlayır.
"Albalı"dan həftəsonu sürprizləri

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

"Unibank" Yeni il öncəsi bütün "Albalı" kart sahibləri üçün xüsusi "Albalılı həftəsonları" kampaniyasına başlayır.

Bankdan Trend-ə verilən məlumata görə, bu həftədən başlayaraq dekabrın sonunadək hər şənbə və bazar günləri partnyor mağazalardan 3 və yuxarı taksitli əməliyyatlara Unibank-dan əlavə 1 taksit də hədiyyə ediləcək. Yeni il alış-verişinizi "Albalı" ilə edin ki, bu xoş fürsətlərdən yararlana biləsiniz.

İlin sonunadək hər bir "Albalı" kart sahibinin etdiyi alış-verişin müqabilində Yeni il hədiyyəsi qazanmaq şansı da var. "Albalı" ilə edilən hər 10 manatlıq alış-veriş sahibinə pul mükafatları qazandıra bilər. Daha çox alış-veriş daha çox şans deməkdir.

Unibank-ın "Albalı kartınızla alış-veriş edin və qazanın" tirajlı stimullaşdırıcı lotereyası çərçivəsində oktyabrın 24-dən dekabrın 31-dək "Albalı" kartı ilə (o cümlədən "28 Mall Albalı" kartları ilə) minimum 10 manatlıq alış-veriş edən hər kəsin qazanmaq şansı var. Əməliyyatın hər 10 manatı bir şans kimi qiymətləndirilir ("28 Mall Albalı" ilə 28 Mall-da edilən belə əməliyyat isə iki şans kimi dəyərləndiriləcək). Məsələn, müştəri "Albalı" ilə 25 manatlıq alış-veriş edibsə, onun lotereyada 2 iştirak şansı olacaq. Bu həcmdə əməliyyat "28 Mall Albalı" kartı ilə "28 Mall" Ticarət Mərkəzində aparılarsa, həmin müştərinin lotereyada iştirak üçün 4 şansı yaranır. Lotereya 1 tirajdan ibarətdir. Ümumi uduş fondu 10 min manat olan lotereyanın 35 qalibi olacaq.

"Unibank" "Albalı" istifadəçiləri üçün "facebook" üzərindən unikal və eksklüziv platforma yaradıb. Hər gün yüzlərlə "Albalı" istifadəçisi Qoşul! Fərqlən! Faydalan! eksklüziv platformasına qoşularaq, yığdıqları balları möhtəşəm hədiyyələrə çevirə bilirlər: http://goo.gl/tYSd87

"Albalı" kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibank-ın "facebook" səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti