...

"Albalı"dan daha bir Yeni il hədiyyəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2013 19:12 (UTC +04:00)
Artıq mobil telefon sahibi olmaq çətin deyil. İndi hər kəs ayda çox az bir vəsait ödəməklə dəbli telefon ala biləcək.
"Albalı"dan daha bir Yeni il hədiyyəsi

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Artıq mobil telefon sahibi olmaq çətin deyil. İndi hər kəs ayda çox az bir vəsait ödəməklə dəbli telefon ala biləcək.

Unibank-ın çox-çox sərfəli kartı "Albalı" ilə başladığı aksiya çərçivəsində dekabrın 27-dək (27-si daxil) "Integral Plus" (telefon) mağazalarında yalnız 12 taksitli alış-veriş edilən istənilən əməliyyata əlavə olaraq bank tərəfindən 6 taksit hədiyyə ediləcək. Məsələn, "Albalı" kart sahibi "Integral" mağazalarından "Iphone-5s" model telefon almaq istəyirsə, mövcud kampaniya çərçivəsində ayda cəmi 49 manat ödəməklə bu telefona sahib ola biləcək. "Albalı" sahiblərinin "Integral" mağazalarından aldıqları digər telefon modellərinə görə ödənişləri isə belə olacaq:

Samsung Galaxy S4-zoom - ayda 28 AZN
IPAD mini - ayda 30AZN
Xperia Z1 - ayda 39AZN

"Unibank" tərəfindən Yeni il öncəsi bütün "Albalı" kart sahibləri üçün xüsusi "Albalılı həftəsonları" kampaniyası davam edir. Dekabrın sonunadək hər şənbə və bazar günləri partnyor mağazalardan 3 və yuxarı taksitli əməliyyatlara Unibank-dan əlavə 1 taksit də hədiyyə ediləcək. Yeni il alış-verişinizi "Albalı" ilə edin ki, bu xoş fürsətlərdən yararlana biləsiniz.

Unibank-ın "Albalı kartınızla alış-veriş edin və qazanın" tirajlı stimullaşdırıcı lotereyası çərçivəsində oktyabrın 24-dən dekabrın 31-dək "Albalı" kartla (o cümlədən "28 Mall Albalı" kartlarla) minimum 10 manatlıq alış-veriş edən hər kəsin də qazanmaq şansı var. Əməliyyatın hər 10 manatı bir şans kimi qiymətləndirilir ("28 Mall Albalı" ilə "28 Mall"da edilən belə əməliyyat isə iki şans kimi dəyərləndiriləcək). Lotereya 1 tirajdan ibarətdir. Ümumi uduş fondu 10 min manat olan lotereyanın 35 qalibi olacaq.

"Unibank" "Albalı" istifadəçiləri üçün "facebook" üzərindən unikal və eksklüziv platforma yaradıb. Hər gün yüzlərlə "Albalı" istifadəçisi Qoşul! Fərqlən! Faydalan! eksklüziv platformasına qoşularaq yığdıqları balları möhtəşəm hədiyyələrə çevirə bilirlər: http://goo.gl/tYSd87

"Albalı" kartla bağlı bütün məlumatları www.albali.az internet saytından, Unibank-ın "facebook" səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti