...

Şahin Mustafayev: Sumqayıt Kimya Sənaye Parkında iki rezident qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2014 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir A,Axundov/

Sumqayıt Kimya Sənaye Parkında artıq iki rezident qeydiyyata alınıb. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib.

Ş.Mustafayev bildirib ki, ölkənin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara və ümumi əlavə dəyər yaradan böyük həcmlərə söykənən sənaye sahələrinin formalaşmasının sürətlənməsini zəruri edir:

"Ona görə də artıq Sumqayıt Kimya Sənaye Parkının, Balaxanı Sənaye Parkının, Yüksək Texnologiyalar Parkının yaradılması üzrə işlər aparılır. Həmçinin Gəncə və Mingəçevirdə, Bakının Qaradağ rayonunda müasir sənaye şəhərciklərinin yaradılması planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti