...

AXA MBASK "Sığorta işinin təşkili" adlı kursların məzunlarına sertifikatlar təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2014 11:48 (UTC +04:00)
AXA MBASK Sığorta şirkətinin “AXA MBASK Akademiya” proqramı çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birlikdə tələbələr üçün keçirdiyi “Sığorta işinin təşkili” adlı ilk nəzəri və praktiki kurslar başa çatmışdır.
AXA MBASK "Sığorta işinin təşkili" adlı kursların məzunlarına sertifikatlar təqdim edib

SAzərbaycan, Bakı, 54 fevral /Trend/

AXA MBASK Sığorta şirkətinin "AXA MBASK Akademiya" proqramı çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birlikdə tələbələr üçün keçirdiyi "Sığorta işinin təşkili" adlı ilk nəzəri və praktiki kurslar başa çatmışdır.

Proqramda iştirak üçün Bakı Dövlət Universitetindən, Azərbaycan Dövlət İqtisad Universitetindən, Azərbaycan Dövlət Neft Akademiyasından, Dövlət İdarəçilik Akademiyasından, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından, eləcə də Qafqaz və Xəzər Univeristetlərindən 25 tələbə seçilmişdi.

Tələbələr 24 saatlıq məşğələlər zamanı sığorta işinin xüsusiyyətlərini öyrənmiş, müxtəlif təcrübi tapşırıqları yerinə yetirmiş, sığorta məhsullarının satışı texnologiyaları sahəsində, anderraytinq, sığorta şirkətinin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi barədə biliklərə yiyələnmiş, eləcə də risklərin idarə edilməsi bağlı ixtiasaslaşdırılmış məsləhətlər əldə etmişlər.

Təlim, AXA MBASK şirkətinin aparıcı menecerləri və mütəxəssisləri tərəfindən işlənib-hazırlanan və sığorta şirkətinin fəaliyyətinə daha müfəssəl baxışı təmin edən unikal proqramlar əsasında aparılmışdır.

Kursun nəticələrinə görə, 5 ən uğurlu tələbə, şirkətdə gələcəkdə onlara sığorta sahəsində karyera qurmaq imkanı yaradan yay təcrübəsi keçmək imkanı qazanmışlar.

Təltif etmə mərasimində AXA MBASK SŞ-nin İdarə Heyətinin üzvləri tələbələri proqramı uğurla başa çatdırmaları münasibətilə təbrik edib, onlara təhsildə və iş həyatında uğurlar arzu etmişdirlər.

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Belə, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində "İlin sığorta şirkəti" kimi beş beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti