...

"FINCA Azerbaijan"ın Salyan filialı ağacəkmə aksiyası keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2014 19:20 (UTC +04:00)
Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində "FINCA Azerbaijan" Qeyri-bank Kredit Təşkilatı ənənəvi olaraq hər il ölkənin müxtəlif bölgələrində yaşıllaşdırma aksiyaları təşkil edir.
"FINCA Azerbaijan"ın Salyan filialı ağacəkmə aksiyası keçirib

Azərbaycan, Bakı, 7 mart /Trend/

Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində "FINCA Azerbaijan" Qeyri-bank Kredit Təşkilatı ənənəvi olaraq hər il ölkənin müxtəlif bölgələrində yaşıllaşdırma aksiyaları təşkil edir.

Təşkilatdan Trend-ə verilən məlumata görə, bu ilin mart ayında "FINCA Azerbaijan"ın Salyan, Goranboy, Lənkəran, İsmayıllı və Tovuz filialları tərəfindən yaşıllaşdırma aksiyaları təşkil olunacaq.

İlk ağacəkmə aksiyası Salyan filialı tərəfindən şəhərin Bayraq Meydanında keçirilib. "FINCA Azerbaijan"ın Salyan filialının işçi heyətinin, yerli İcra Hakimiyyəti orqanının və Yaşıllaşdırma İdarəsinin nümayəndələrinin iştirakı ilə 100 ədəddən çox küknar ağacı əkilib.

Qeyd edək ki, növbəti həftə ərzində "FINCA Azerbaijan"ın Lənkəran, İsmayıllı və Goranboy filialları da ağacəkmə aksiyalarına qoşulacaqlar.

15 il Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" QBKT yarandığı tarixdən bu günədək müştərilərinə 800 milyondan artıq ABŞ dolları məbləğində kreditlər verib. Təşkilat ölkə ərazisində 65 filial vasitəsilə 150 min nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 190 milyondan artıq ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə "FINCA Azerbaijan" təkcə ən böyük mikro-maliyyə təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti